Bu şəxslər hərbi-həkim komissiyasına göndərilməyəcək

17:12 | 24.10.2024
Bu şəxslər hərbi-həkim komissiyasına göndərilməyəcək

Bu şəxslər hərbi-həkim komissiyasına göndərilməyəcək

Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcəklər.

Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihədə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılmaya təqdim olunanların da hərbi-həkim komissiyasının müayinəsinə göndərilməməsi təklif olunur.

Qüvvədə olan qanuna əsasən, bu Əsasnamənin 156-cı maddəsinin "ə” bəndi, 158-ci maddəsinin "b” bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin "q” bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər.
Layihə səsverməyə çıxarılaraq plenar iclasa tövsiyə edilib.

Əsasnamədə 156-cı maddəsinin "ə” bəndi (hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)), 158-ci maddəsinin "b” bəndi (törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar, yaxud hökmün icrası təxirə salınanlar, həmçinin azadlıqdan məhrum olunmağa məhkum edilib, lakin amnistiya nəticəsində cəza çəkməkdən azad edilənlər) və156-cı maddəsinin "q” bəndi (ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)) şəklindədir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM