Bu şəxslər tərəfindən 166,7 mln. manat xərclənib - STATİSTİKA

15:06 | 17.05.2022
Bu şəxslər tərəfindən 166,7 mln. manat xərclənib - STATİSTİKA

Bu şəxslər tərəfindən 166,7 mln. manat xərclənib - STATİSTİKA

2022-ci ilin 4 ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 166,7 mln. manat xərclənib. Bu da 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 92% və ya 79,8 mln. manat çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu ilin aprel satışlarının dəyəri isə mart göstəricisi ilə müqayisədə  9,1% azalaraq 41,1 mln. manat təşkil edib.
 
2021-ci il yanvar-aprelində istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 86,9 mln. manat xərcləyib. Bu rəqəm 2020-ci il analoji dövrü ilə müqayisədə 3,2% və ya 2,7 mln. manat artıb.
 
Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM