Bu şəxslərin maaşı artırıldı - ŞAD XƏBƏR

09:26 | 09.08.2019
Bu şəxslərin maaşı artırıldı - ŞAD XƏBƏR

Bu şəxslərin maaşı artırıldı - ŞAD XƏBƏR

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.


Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarda müvafiq dəyişiklik edib.


Beləliklə, ali kateqoriya dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 220 manatdan 310 manata, 1-ci kateqoriya dövlət orqanlarında dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 210 manatdan 295 manata, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 200 manatdan 280 manata, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 180 manatdan 260 manata qaldırılıb.


Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb