Bu şirkət Rusiyaya uçuşları dayandırdı

20:56 | 27.12.2024
Bu şirkət Rusiyaya uçuşları dayandırdı

Bu şirkət Rusiyaya uçuşları dayandırdı

"Flydubay” yanvarın 3-nə kimi Rusiyanın Soçi və Mineralnıy Vod şəhərlərinə uçuşları ləğv edib.Bu barədə "TASS”a aviaşirkətin nümayəndəsi məlumat verib.

"Dubay Beynəlxalq Hava Limanından Mineralnıy Vod Hava Limanına reyslər 3 yanvar 2025-ci il tarixinədək ləğv edilib. Soçi Hava Limanına uçuşlar isə 2 yanvar 2025-ci il tarixinədək həyata keçirilməyəcək”, – deyə açıqlamada vurğulanıb.

"Flydubay” sərnişinlərə ləğv edilmiş reyslərin yenidən bron edilməsi və ya pulun qaytarılması ilə bağlı məlumat almaq üçün aviaşirkətin əlaqə mərkəzinə müraciət etməyi məsləhət görüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti