Cənubi Koreyanın iki ən böyük avtomobil nəhəngi 57 min maşınını geri çağırdır.
ANS PRESS-in məlumatına görə, "Hyundai" və "Kia"nın bəzi modellərində əyləc sistemində problem yaranıb.
Bu barədə Cənubi Koreyanın nəqliyyat nazirliyi açıqlama yayıb. Açıqlamada qeyd edilir ki, "Hyundai Motors"un 24 dekabr 2013 - 24 oktyabr 2014 tarixləri arasında istehsal edilən 10 mindən çox "Grandeur Hybrid" maşını geri çağrılıb.
Problem maşının əyləc sistemindəki maye çatışmazlığına nəzarət edən elektronik sistemədir.
"KİA Motors"un isə 2 dekabr 2007- 1 dekabr 2013-cü illərdə istehsal edilən 47 min "Bongo 3" model yük maşınını toplayır. Bu maşınlarında əyləc sistemində problem olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !