"Gündəlik yolxumların azalması ilə əlaqədar tədricən yumşaldılmalara gediləcək. Ancaq bu, insanlarda arxayınlıq yaratmamalıdır”.
Anews.az xəbər verir ki, bunu "Mediapost”a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.
O, yumşaldılmaların davamlı olması üçün insanları koronavirusla bağlı göstərişlərə əməl etməyə çağırıb:
Qurum rəsmisi yoluxmalarda müsbət tendensiyanın bundan sonra da davam edəcəyini bildirib:
İnsanlar daha da ehtiyatlıdırlar və qayda-qanuna daha çox riayət edirlər. Ən azından əvvəlki dövrə baxdığımız zaman bu faiz nisbəti müsbətdir. Çünki hər kəsin ətrafında virusa yoluxan xəstəxanada yatan və təəssüf ki, bu virusdan rəhmətə gedən oldu”.
"Yumşaldılmalar insanların necə davranmasından asılı olacaq. Say azalmağa davam edərsə, tədricən karantin rejimindən çıxacağıq. Onsuz da sərt karantin rejimi uzun müddət davam edə bilməz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !