Türkiyədə sarımsağın qiyməti kəskin artıb.
Türkiyənin Sivas bölgəsindəki ticarətçilər bildirir ki, qiymət artımının səbəbi istehsalın azlığı olub. Halbuki ötən illərdə sarımsağın kiloqramı 4-5 TL ətrafında idi.
Xatırladaq ki, Türkiyə Statistik Komitəsinin (TÜİK) məlumatına görə, sentyabrda 42,58 faiz ilə ən çox sarımsaq bahalaşıb. Qeyd edək ki, Türkiyədə bazarlarında sarımsağın kiloqramının qiyməti 50 lirəni (təxminən 17 manat) görüb.
Yay boyunca Qaradənizdə davam etmiş yağıntılar sarımsaq istehsalını azaldıb və nəticədə qiymətlər rekord səviyyələrə yüksəlib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !