Anews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin 2 saylı şəhər poliklinikasının baş həkimi Sevda Aslanova deyib. O bildirib ki, bu gün özü də koronavirusa qarşı peyvənd olunub: "Bu vaksin vacibdir və ən əsası odur ki, zərərsizdir. Həkimlərimizin bir neçəsinə vaksin vurulub. Heç kimdə əks-effekt olmayıb, proses davam edir".
S.Aslanova deyib ki, tibb işçiləri arasında təxminən 10 nəfər yaşı 65-dən yuxarı olan şəxslər var: "Vaksinasiya 21 gün fərqlə iki dəfə vurulacaq. Bununla da vaksinasiya prosesi yekunlaşmış hesab olunacaq".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !