Bu türkdilli ölkədə marixuana qanuniləşdirilə bilər

12:37 | 09.01.2014
Bu türkdilli ölkədə marixuana qanuniləşdirilə bilər

Bu türkdilli ölkədə marixuana qanuniləşdirilə bilər

Qırğızıstanda keçmiş prezidentliyə namizəd, narkomaniya müalicəsi üzrə mütəxəssis, Bişkekdə ilk dəfə 1993-cü ildə şəxsi narkoloji klinikanı yaradan Jenişbek Nazaraliyev hökumətə marixuananı leqallaşdırmağı təklif edib. Nazaraliyev Issık-Kul rayonunda təcrübə proqramı üçün çətənənin yetişdirilməsini təklif edib. Nazaraliyevin sözlərinə görə, hazırda ölkədə qanunsuz narkotik bazarına tamamilə kölgə iqtisadiyatı nəzarət edir.

ANN.Az-ın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, Nazaraliyev bildirib ki, marixuana istehsalçılarına, satıcılarına və istehlakçılarına daha yaxşı nəzarət edilsəydi, bu, narkotik asılılıqdan əziyyət çəkənlərin sayını azaldar, ölkədə mütəşəkkil cinayətkarlığını səviyyəsini endirər, həmçinin dövlət büdcəsinə vergi daxilolmalarının səviyyəsini yüksəldərdi. 

Narkoloqun fikrincə, hökumət onsuz da marixuananın yetişdirilməsi və satışına daha effektiv nəzarət etmək məsələsinə baxmalıdır. 

Ancaq Qırğızıstanda narkotikə nəzarət qurumu Nazaraliyevin təklifinə skeptik yanaşır. Rəhbərlik hesab edir ki, marixuananı leqallaşdırmaqla narkotik ticarətinə təsir etmək mümkün deyil. Belə ki, ölkədə yetişdirilən çətənə əfqan çətənəsi, opium və heroinini Rusiyaya və Avropa ölkələrinə daşıyan qaçaqmal marşrutunun da daxil olduğu beynəlxalq şəbəkə vasitəsiylə ixrac edilir.  

Yeri gəlmişkən, hələ 2004-cü ildə Qırğızıstanın Gömrük nəzarəti departamentinin rəis müavini Abdıkay Absattarov əfqan heroini ilə mübarizə üçün onun bilavasitə satıcılardan alınaraq məhv edilməsini təklif etmişdi. Ancaq onun təklifinə dəstək olan olmamışdı. 

"Azadlıq Radiosu"nun qırğız versiyasının verdiyi xəbərə görə, respublikanın Issık-Kul və Çuy əyalətlərindəki hər üç ailədən iksi marixuananın yetişdirilməsi və satışı ilə məşğul olur. Bu narkotik partiyaları repsublikanın hüquq mühafizə orqanları tərəfindən mütamadi olaraq müsadirə edilir. Sonuncu dəfə belə müsadirə keçən ilin dekabr ayında baş verib, hüquq mühafizə orqanlarının əməkdaşları Toqtoqul rayonunun Qara-Jıqaç kəndində 124 kiloqram marixuananı müsadirə etmişdilər. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM