Mediada və sosial şəbəklərdə "Azərbaycan Texniki Universitetində tələbələrə 3 aydır ki, təqaüd verilmir” iddiasına cavab olaraq bildirmək istəyirəm ki, hələ fevral ayının 20-dir. Məlum olduğu kimi, 2018-ci ilin nəinki 3 ayı, heç 2 ayı da yekunlaşmayıb. Buna görə də səsləndirilən iddianın əsasız olduğunu bir daha vurğulayıram.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) mətbaut katibi Nicat Abdullayev qeyd edib. O bildirib ki, tələbələrinin yanvar təqaüdləri bu gün köçürülüb:
"Tələbələrimiz yanvar təqaüdlərini artıq ala bilərlər. Fevral ayının təqaüdlərinə gəlincə isə, təqaüd alacaq tələbələrimizin rekvizitləri Maliyyə Nazirliyinə təqdim olunub. Müvafiq sənədləşmə və sistemləşmə işləri yekunlaşandan sonra tələbələrimiz fevral təqaüdlərini də ala biləcəklər”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !