Bu uşaq dünyaya gələn adi uşaqlardan biridir, amma onun necə dünyaya gəlməsi, bax, bu dünyada bir ilkdir!
36 yaşlı ingilis qadının anadangəlmə uşaqlığı olmayıb. Amma həkimlər ona 61 yaşlı qadının daxili cinsiyyət orqanını transfer ediblər. Daha sonra qadına sünimayalanma yolu ilə embrion transfer edilib. Həkimlərin səyi nəticəsində hamiləlik baş tutub və qadın ana olub. Belə bir transferdən sonra dünyaya gələn bu uşağın adını Vinsent qoyublar. ANN.Az xəbər verir ki, uşağın anasının və atasının adları hələlik gizli saxlanılır, amma Associated Press-ə danışan ata çox xoşbəxt olduğunu, uşağın da, anasının da səhhətinin yaxşı olduğunu deyib: "Adi uşaqlardan biridir, amma böyüyəndə danışacağı həyat tarixçəsi çox fərqlidir".Qeyd edək ki, 2013-cü ildə Türkiyədə də anadangəlmə daxili cinsiyyət orqanları olmayan qadına belə bir transfer etmişdilər və daha sonra süni mayalanma yolu ilə embrion yerləşdirilmişdi, amma 8 həftəliyində körpə ana bətnində tələf olmuşdu.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !