Bu xəbəri 16-26 yaşlı subay qızlar oxusun!

10:30 | 01.11.2014
Bu xəbəri 16-26 yaşlı subay qızlar oxusun!

Bu xəbəri 16-26 yaşlı subay qızlar oxusun!

"Miss Globe İnternational" beynəlxalq gözəllik yarışmasının yerli seçim turlarının sənəd qəbuluna start verilib. Seçimlər noyabrın 1-20 arasında keçiriləcək.

Oxu.Az -a bu haqda məlumatı layihənin baş prodüseri, tanınmış təşkilatçı Aqil Məmiyev verib:"Kastinq noyabr ayının sonuncu günü baş tutacaq. Finala vəsiqə qazanan 24 nəfər iştirakçı  "Miss Globe Azerbaijan" adı uğrunda mübarizə aparacaq".Dünyaca məşhur müsabiqənin 90-cu finalında iştirak etmək üçün "Miss Globe Azerbaijan" yarışmasının ilk seçim turuna gözəlliyinə və intelektinə əmin olan 16-25 yaş arası subay qızlar qatıla bilərlər. Noyabrın  25-də nüfuzlu münsiflərin seçimi ilə "Miss Globe İnternational" müsabiqəsinin Azərbaycan təmsilçisi müəyyən olunacaq.Qeyd edək ki, "Miss Globe Azerbaijan" gözəllik yarışması "Z Company 2007" şirkətinin təşkilatçılığı ilə keçriləcək.Layihənin idarə heyəti:"Miss Globe İnternational"ın sahibi -Rasim Aydın"Miss Globe Azerbaijan" direktoru - Zamiq Yunisovİcraçı direktor - Pərviz ƏzimzadəBaş prodüser - Aqil MəmiyevXatırladırıq ki, 89-cu "Miss Globe İnternational" müsabiqəsinin finalı sentyabrın 14-də "Baku Crystal Hall"da baş tutub. Müsabiqənin qalibi Avstraliya təmsilçisi Esma Voloder seçilib. Yarışmada ölkəmizi model Oksana Rzayeva təmsil edib.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM