Bu xəstəliklərlə bağlı ölüm halları artacaq

11:12 | 20.12.2017
Bu xəstəliklərlə bağlı ölüm halları artacaq

Bu xəstəliklərlə bağlı ölüm halları artacaq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2010-2020-ci illər ərzində Azərbaycanda Qeyri-infeksion xəstəliklər (QİX), o cümlədən, ürək-damar və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15 faizədək artması gözlənilir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti şöbəsinin müdiri Nabil Seyidov Tütünlə Mübarizə üzrə IV Milli Konfransda çıxışı zamanı deyib.

O bildirib ki, rəsmi statistikaya əsasən, ölkədə insan ölümünün əsas səbəbləri sırasında ilk yeri ürək-damar, ikinci yeri isə onkoloji xəstəliklər tutur: "2008-ci ildə aparılmış təhlillərə əsasən, Azərbaycanda bütün ölümlərin 87 faizi QİX-in payına düşür. Statistikanın təhlili göstərir ki, ürək-damar xəstəliklərindən ölənlərin sayı 51 faiz, xərçəng xəstəliyindən ölənlərin sayı isə 11 faizdir".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti