Bu yanacaq markaları gömrük rüsumundan azad edildi

10:33 | 15.04.2019
Bu yanacaq markaları gömrük rüsumundan azad edildi

Bu yanacaq markaları gömrük rüsumundan azad edildi

Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Unikal.org-un məlumatına görə, dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq, KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin gömrük rüsumundan azad edilib. Hazırda bu markalara 15%-lik gömrük rüsumu tətbiq edilir.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.

Nazirlər Kabineti həmçinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Bu dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq, həmçinin KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosinin 1 tonu üçün aksiz dərəcəsi 1 manat müəyyənləşib.

Bu qərar da dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb