"Borçalı türklərinə əcnəbi statusu ilə baxmaq çox ciddi yanlışdır və bu yanlışı vaxtında düzəltməliyik”.
Axar.az xəbər verir ki, bu fikirlərlə millət vəkili Fazil Mustafa çıxış edib. O, Azərbaycanın əlində Gürcüstanı bu yoldan döndərmək üçün kifayət qədər imkanlar olduğunu deyib:
"Dünən Borçalı cəmiyyətinin 7-ci konfransında iştirak etdim. Çıxışımda bu cəmiyyətin gördüyü əvəzolunmaz işləri qeyd etdim. Gürcüstanda yaşayan Azərbaycan türklərinin varlıq mübarizəsində ağır bir yükün altına girmiş Zəlimxan Məmmədli başda olmaqla bütün fədakar üzvlərini təbrik etdim. Biz orada yaşayan soydaşlarımızın taleyinə indidən sahib çıxmasaq, sonra saxta-saxta "Borçalı şikəstəsi” oxumaqla məşğul olacağıq. Rəsmi Gürcüstan heç bir səbəb göstərmədən bu təşkilatın rəhbərlərini öz doğulduğu yurda buraxmır. Dəfələrlə rəsmi instansiyalara müraciət edilməsinə baxmayaraq, ortada nəticə yoxdur. Azərbaycan rəsmilərinin əlində kifayət qədər vasitələr var ki, rəsmi Gürcüstanın bu şıltaqlığından vaz keçməyə inandırsın. Soydaşlar haqqında Qanun mütləq müzakirəyə çıxarılmalıdır”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !