Bəzi çimərliklər normativ tələblərə cavab vermir - SİYAHI

Bakı, Sumqayıt, Lənkəran, Xaçmaz, Astarada yerləşən çimərliklər bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermir.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə 2024-cü ilin yay mövsümünə hazırlıqla əlaqədar olaraq, Bakı və Sumqayıt, Lənkəran, Xaçmaz, Astarada yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laborator tədqiqatının aparılması məqsədilə monitorinqlər keçirilib.
"Laboratoriya müayinələrinin nəticələrinə əsasən, Bakının Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu aşkarlanıb.
Bununla yanaşı, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda respublikanın sahil zolağının şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərinin qumsallıqlarında rekreasiya əhəmiyyətli monitorinqlər keçirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 