Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

15:49 | 31.07.2015
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Sürücülər prospektin yan yollarından istifadə edə bilərlər

Bu gün saat 22:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospekti əsas yolda, Heydər Əliyev Mərkəzinin qarşısından "Böyük Şor”yol qovşağınadək olan hissəsində hər iki istiqamətdəyolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-dən "APA-Economics”ə verilən məlumata görə, bu səbəbdən göstərilən müddət ərzində prospektin sözügedən hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Sürücülər Heydər Əliyev prospektinin yan yollarıdan istifadə etməklə hərəkətlərinə maneəsiz şəkildə davam edə biləcəklər.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM