Bu yolda rənglənmə işləri aparılacaq

21:20 | 11.10.2018
Bu yolda rənglənmə işləri aparılacaq

Bu yolda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, işlər sabah səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb