Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

14:16 | 26.05.2015
Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

ANN.Az xəbər verir ki,  "Azəryolservis”-in verdiyi məlumata əsasən, bu gün saat 22:00-dan səhər saatlarınadək Bİnəqədi rayonu Cəfər Xəndan və Şövkət Məmmədov küçələrində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM