Buckingham sarayında yeni dönəm başlandı

17:59 | 07.11.2019
İngiltərə Şahzadəsi  II Elizabetin geyimləri artıq təbii dəridən hazırlanmayacaq.
 
Saraydan verilən açıqlamada bildirilib ki, bundan sonra Şahzadənin geyimlərinin tikilişi üçün süni dəridən istifadə ediləcək. Qeyd edilib ki, qərar onun əvvəlki geyimlərinə aid deyil.
 
Heyvan haqları müdafiəçiləri qərardan məmnun olduqlarını, sarayın digər üzvlərinin də eyni addımı atmalarını istədiklərini bildiriblər.
 
Beynəlxalq Humanist Cəmiyyət Birliyinin sədri Claire Bass bildirib ki, II Elizabetin qərarı ingilis xalqının görüşünün əksidir: "İngiltərədə, təxminən, 20 il öncə dərisindən istifadə üçün heyvan bəsləmək qadağan olunub. Çünki bu, antihumanizm idi. İndi də dəri satışını qadağan etməliyik”.
 
Tərcümə: Cavid Zahidoğlu

www.anews.az
loading...