Dövlət büdcəsinin 650 milyon manatı uşaqların sosial xərcləri üçün nəzərdə tutulub. Bunu deputat Elman Nəsirov deyib.
"Azərbaycanda dövlət büdcəsinin 650 milyon manatı uşaqların sosial xərcləri üçün ayrılıb. Təxminən ölkə daxilində 611 min uşaq bu sosial yardımlardan yararlana bilir. Buraya əlil uşaqlar, aztəminatlı uşaqlar, ailəsini itirmiş uşaqlar və digər kateqoriyadan olan həsas uşaqları daxil etmək olar. Azərbaycan hökuməti hər zaman uşaqları diqqət mərkəzində saxlayıb və onların inkişafı üçün lazım olan dəstəyi göstərir", - deputat "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı bildirib.
Hazırda dövlət büdcəsinin 43% sosial xərclər üçün ayrılıb. Müxtəlif kateqoriyalar üzrə 21 sosial xidmət üzrə əhaliyə dəstək göstərilir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !