Büdcəyə daxilolmaların həcmi açıqlanıb

12:14 | 24.05.2023
Büdcəyə daxilolmaların həcmi açıqlanıb

Büdcəyə daxilolmaların həcmi açıqlanıb

2022-ci il dövlət büdcəsinin gəlirləri 29 197,8 milyon manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 16,2% çox icra olunub. Bu barədə Maliyyə nazirnin müavini Azər Bayramov mayın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. 
 
O bildirib ki, dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 22,9% olub. 
 
"Dövlət büdcəsinin gəlirlərinin 15543,0 milyon manatı və ya 50,7 faizi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə , 5654,6 milyon manatı və ya 18,4 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 7923,0 milyon manatı və ya 25,8 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1559,1 milyon manatı və ya 5,1 faizi digər gəlirlər üzrə daxilolmaların (804,1 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 183,3 milyon manatı məqsədli büdcə fondlarının vəsaitinin qalığından daxilolmaların, 24,9 milyon manatı dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmaların və 546,8 milyon manatı sair daxilolmaların) payına düşür", - nazir müavini bildirib. 
 
2022-ci il dövlət büdcəsinin gəlirləri 29 197 800,0 min manat, xərcləri 32 303 800,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 28 167 624,0 min manat, yerli gəlirləri 1 030 176,0 min manat, mərkəzləşdirilmiş xərcləri 31 233 684,0 min manat, yerli xərcləri 1 070 116,0 min manat) məbləğində təsdiq edilib.
 
Gülnar Nazimqızı 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb