"Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanıb.
Matç Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 28-də Fransa təmsilçisi "Lion”a qarşı keçirəcək.
23:13
"Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda üçüncü qol vurulub.
Ağdam təmsilçisi yenidən hesabda önə çıxıb - 2:1.
59-cu dəqiqədə Abdullah Zubir fərqlənib.
22:32
"Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda hesab bərabərləşib.
41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub.
22:09
"Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda hesab açılıb.
21-ci dəqiqədə Toral Bayramov adını tabloya yazdırıb.
21:45
"Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyunu start götürüb.
Matçı portuqaliyalı baş hakim Luiş Qodinyu idarə edir.
Matçı portuqaliyalı baş hakim Luiş Qodinyu idarə edir.
21:25
UEFA Avropa Liqasının əsas mərhələsinin IV turu çərçivəsində bu gün Norveçdə üz-üzə gələcək "Budyo-Qlimt” və "Qarabağ" komandalarının start heyətləri bəlli olub.
Komandalar meydana aşağıdakı "11-lik”lərlə çıxacaqlar:
"Budyo-Qlimt”: Nikita Haikin, Villads Nilsen, Fredrik Şyövold, Odin Byörtuft, Fredrik Byörkan, Patrik Berq, Xokon Evyen, Ulrik Saltnes, Yens Petter Hauq, Auqust Mikkelsen, Filip Sinkernagel.
"Aspmüra” stadionunda keçiriləcək "Budyo-Qlimt” – "Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !