"Yuventus" klubunun qapıçısı Canluici Buffon İtaliya milli komandası ilə vidalaşıb.
Anews.az Report-a istinadən xəbər verir ki, bu barədə 39 yaşlı qolkiper "Skuadra Adzurra"nın İsveçə iki oyunun nəticəsinə görə uduzaraq, 2018-ci il dünya çempionatından kənarda qaldığı oyundan sonra açıqlama verib.
Göz yaşlarına hakim ola bilməyən Buffon deyib: "Mən İtaliya yığmasını tərk edir və yerimi gənclərə verirəm".
İsveçlə ilk görüşdə 0:1 hesabı ilə uduzan İtaliya cavab oyunundan qolsuz bərabərliklə ayrılıb. Bununla da Canluici Buffonun komandası 1958-ci il dünya çempionatından sonra ilk dəfə mundialdan kənarda qalıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !