Anews.az goal.az-a istinadən xəbər verir ki, veteran qolkiper bu turnirdə oynadığı iki finalı xatırlayıb. "Sizə sirr açım. "Monako" - "Mançester Siti" matçının 50-ci dəqiqələrində direktorlarımızdan birinə ismarıc yolladım. Yazmışdım ki, "Monako" güclüdür və finala qədər irəliləyə bilərəm. Bu rəqibə nə qədər hörmət etdiyimizi göstərməlidir. Onlar fiziki baxımdan möhkəm komandadır. "Monako" hücumameyilli, enerjili oyun nümayiş etdirir. Çempionlar Liqasında qalib olmaq üçün daha bir imkan qazanmaq istəyiriksə, "Barselona"dan geri qalmayan bu maneəni aradan qaldırmalıyıq. Şübhəsiz, Berlin (2015) və Mançester finalındakı (2003) məğlubiyyəti unutmaq istəyirəm. İllər motivasiyamı artırır.
2015-ci ilin finalında "Barselona"nı küncə sıxmışdıq. Əks-hücumda Messinin zərbəsini qaytardım, Luis Suarez təkrar zərbə ilə topu qapımızdan keçirdi. 2003-cü il finalında mənim hələ 25 yaşım vardı. Penalti seriyasında uduzmaq çox ağrılı idi. Sakit olmağa çalışırdım. Çünki irəlidə titul qazanmaq imkanımızın çox olacağına inanırdım. Həmin oyunda qələbənin bir addımlığında idik. "Milan"ın 3 penaltisi dəqiq olmadı. 2-ni mən çıxardım. Amma futbolda qəribə şeylər olur. Sonda mükafatı daha layiq olan qazanır. Bu mövsüm "Barselona" üzərində qələbəni çox da qeyd etmədim. Müəyyən nöqtəyə çatandan sonra ya uduzursan, ya da qalib gəlirsən. Artıq bir neçə dəfə məyus olmuşam. Buna görə qələbəni qazanıb ürək dolusu qeyd etmək istəyirəm".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !