“Bugatti” ilk 3 “Chiron”u öz sahiblərinə göndərib

21:00 | 06.03.2017
“Bugatti” ilk 3 “Chiron”u öz sahiblərinə göndərib

“Bugatti” ilk 3 “Chiron”u öz sahiblərinə göndərib

Lüks avtomobillər istehsal etməsi ilə tanınan "Bugatti” şirkəti artıq sifarişçilərinə ilk 3 "Chiron” super sportkarını göndərib.

ANN.Az xəbər verir ki, 2017-ci il ərzində 65-70 ədəd "Chiron” istehsal olunacağı gözlənilir.

1800 hissədən əmələ gələn avtomobillərin hər birinin istehsalı üçün 20 işçi təxminən 6 ay çalışır. Avtomobillərin istehsal prosesində robotlardan istifadə olunmur, hər bir detal insan əli ilə yığılır. 

"Bugatti” ümumilikdə bu avtomobildən 500 ədəd hazırlayacaq. 200 avtomobil üçün artıq ödəniş olunub və bu avtomobillər bir neçə il ərzində sırayla öz sahiblərinə təqdim olunacaq. 

İlk olaraq isə "Chiron”un yığıldığı Fransanın Molseim şəhərindən 3 avtomobil sahiblərinə qovuşmaq üçün yola salınıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM