Bugecəki qəza Bakı Dairəvi yoluna ciddi ziyan vurub

17:48 | 23.08.2014
Bugecəki qəza Bakı Dairəvi yoluna ciddi ziyan vurub

Bugecəki qəza Bakı Dairəvi yoluna ciddi ziyan vurub

Ötən gecə Bakı Dairəvi yolunun 4-cü km-də yanacaq daşıyan iri tutumlu avtomobilin qəzaya uğraması nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib.Bu barədə "APA-Economics"ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.Onun sözlərinə görə, yolda 72 poqonmetr əyri xətli tir (təhlükəsizlik səddi), onun üzərində olan yerli 24 ədəd işıqqaytaran, bir yol nişanı sıradan çıxıb, bir işıq dirəyi aşıb.P.Mürsəliyev bildirib ki, "Azəyrolservis" ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyan ilkin olaraq təqribən 7 min manat dəyərində qiymətləndirilib: "Artıq bununla bağlı akt tərtib olunub. Araşdırmalar davam etdirilir. Hazırda həmin avtomobilin yoldan kənarlaşdırılması istiqamətində iş görülür, hadisə yerinə qaldırıcı kran cəlb olunub".Xatırladaq ki, ötən gecə Bakının Yasamal rayonunda "Mercedes" markalı yük avtomobilinə qoşulmuş tutumu 40 ton olan yanacaq çəninin qəzaya uğraması nəticəsində maşın yolun kənarına aşıb. Yanğın nəticəsində yük avtomobilinin yanar hissəsləri, çəndə və ətrafa dağılmış yanacaq 200 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər və ərazidə dayanmış avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01.42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM