"Bugün Rusiya ən böyük risk altındadır"

12:07 | 26.01.2015

"Bugün Rusiya ən böyük risk altındadır"

Rusiya çox ağır vəziyyətdədir. Hər kəs artımın yoxluğunu yox, azalmanın olacağını proqnozlaşdırır.

Bu barədə Davosda "RusAl” şirkətinin rəhbəri, rusiyalı milyarder Oleq Deripaska bildirib.

"İndi Rusiya biznesi nə ölkə daxilindən, nə də ölkə xaricindən vəsait cəlb edə bilmir. Kreditorlar hər yerdə eynidirlər. Onlar risklərə eyni cür baxırlar, bu gün isə Rusiya ən böyük risk altındadır. Rusiya Mərkəzi Bankı ölkə iqtisadiyyatını qəbristanlığa qovur! MB və hökumət elə buna nail olmaq istəyirlər. Onlar sıfır inflyasiyaya çatmaq istəyirlər. Düşünürəm ki, ən aşağı inflyasiya qəbristanlıqdadır, orada artıq heç kimə heç nə lazım deyil”, - deyə, Deripaska bildirib.

Milyarder qeyd edib ki, baş verəcək ən pis şeylər hələ irəlidədir, Rusiya 1993-1995-ci illər arasındadır. //oxu.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM