Bugünə kimi vəfat edən azərbaycanlı deputatlar – TAM SİYAHI

16:58 | 04.08.2020
Bugünə kimi vəfat edən azərbaycanlı deputatlar – TAM SİYAHI

Bugünə kimi vəfat edən azərbaycanlı deputatlar – TAM SİYAHI

Bu gün VI çağırış (2020-ci il) Milli Məclisin deputatı Fəttah Heydərov 82 yaşında vəfat edib.

Milli Məclisin əvvəlki çağırışlarında da deputatı statsunu daşıyarkən vəfat edənlər olub.

Milli Məclisin deputatı status daşıdığı zaman vəfat edən ilk şəxs I çağırış (1995-ci il) zamanı 54 saylı Balakən seçki dairəsindən deputat seçilmiş Əli
 
Ansuxski olub. Əli Əbdülqədir oğlu Ansuxski 1996-cı ilin fevral ayının 26-da  Bakıda yaşadığı evin qarşısında sui-qəsd nəticəsində 49 yaşında öldürülüb.

I çağırış Milli Məclisin deputatı, akademik Ziya Bünyadov 1997-ci ilin fevral ayının 21-də yaşadığı evin qarşısında sui-qəsd nəticəsində 73 yaşında öldürülüb.

I çağırış Milli Məclisin deputatı, iqtisad elmləri doktoru Sofiq Hüseynov 1997-ci ilin dekabr ayının 30-da 47 yaşında vəfat edib.

I çağırış Milli Məclisin deputatı, xalq yazıcısı Yusif Səmədoğlu 1998-ci ilin avqust ayının 17-də 62 yaşında vəfat edib.

I çağırış Milli Məclisin deputatı, tarix elmləri doktoru Səfiyar Musayev 1999-cu ilin yanvar ayının 6-da 63 yaşında vəfat edib.

I çağırış Milli Məclisin deputatı, fizika-riyaziyyat elmləri doktoru, akademik Fəraməz Maqsudov 2000-ci ilin iyul ayının 30-da 70 yaşında vəfat edib.

II çağırış Milli Məclisin deputatı, hüquq elmləri doktoru Zakir Zeynalov 2000-ci ilin dekabr ayının 6-da 61 yaşında vəfat edib.

II çağırış Milli Məclisin deputatı Samir Novruzov 2001-cü ilin sentyabr ayının 24-də 63 yaşında vəfat edib.

II çağırış Milli Məclisin deputatı Şadman Hüseynov 2003-cü ildə 58 yaşında vəfat edib.

II çağırış Milli Məclisin deputatı, professor Şamil Qurbanov 2004-cü ilin yanvar ayının 16-da 70 yaşında vəfat edib.

II çağırış Milli Məclisin deputatı, tibb elmləri doktoru İbrahim İsayev 2004-cü ildə 67 yaşında vəfat edib.

III çağırış Milli Məclisin deputatı, xalq artisti Mikayıl Mirzə 2006-cı ilin iyun ayının 3-də 59 yaşında vəfat edib.

IV çağırış Milli Məclisin deputatı Hikimət Atayev 2013-cü ilin mart ayının 7-də 60 yaşında nəqliyyat qəzası zamanı vəfat edib.

V çağırış Milli Məclisin deputatı Astan Şahverdiyev  2018-cü ilin aprel ayının 15-də 71 yaşında vəfat edib.(yeniavaz)
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb