Bülənt Arınç: “Dünən axşamdan aktiv siyasətdən uzaqlaşdım”

17:21 | 08.06.2015
Bülənt Arınç: “Dünən axşamdan aktiv siyasətdən uzaqlaşdım”

Bülənt Arınç: “Dünən axşamdan aktiv siyasətdən uzaqlaşdım”

"Bülənt Arınç olaraq düşüncələrimi ifadə edirəm. 14 ildir  partiyamızda ancaq  zəfərlər gördüm. Dünən axşamdan etibarən aktiv siyasətdən uzaqlaşdım”.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu baş nazirin müavini Bülənt Arınç deyib.  

"Vida günümdə də böyük bir zəfər görmək istərdim. Təəssüf ki, nəticə belə olmadı. Əldə etdiyimiz  nəticə ortadadır. Üzgün olduğumu demək istəyirəm”,-deyə söyləyib.  

O, Türkiyədəki parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının zəif nəticə göstərməsini şərh edib. Hökumət rəsmisi bildirib ki, Xalqların Demokratik Partiyasının (HDP) uğur əldə etdiyini söyləyə bilər.  

Bununla belə o deyib ki, AKP-nin  yenidən iqtidar olma şansı çok yüksəkdir. Bülənt Arınç qeyd edib ki, bu seçkilərdə AKP-yə qarşı HDP-dən istifadə edilib.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti