Dənizkənarı Bulvarda aparılan yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi üçün ayrılan vəsait hesabına bulvar ərazisinin daha da genişləndirilməsi planlaşdırılır.
Artıq ilkin işlərə start verilib. Sonuncu dəfə bulvar ərazisi Avroviziya zamanı 2 km genişləndirilmişdi. Yaxın gələcəkdə də bulvarın ərazisi 15 km-ə çatacaq və yeni bulvar ərazisidə də insanların istirahəti üçün hər şərait yaradılacaq.
Bulvarın genişləndirilmiş hissəsi öz komfortluq və görünüşünə görə indikindən heç də fərqlənməyəcək. Yeni sahədə də, yaşıllıqların və maraqlı atraksionların kifayət qədər olacağı planlaşdırılır. Bulvar idarəsinin rəsi müavini Nazim Məcidov genişləndirilmiş ərazidə də insanların, xüsusilə də yaşlıların rahat gəzməsi və istirahət etməsi üçün bütün imkanların olacağını dedi.
Belə çıxır ki, dənizin kənarında salınması gözlənilən yeni bulvar ərazisi tam istifadəyə verildikdən sonra, heç kim yolun uzaq olmasını bəhanə gətirərək bulvara getməkdən imtina etməyəcək. Bu ilin sonuna kimi isə, bulvar ərazisində quraşdırılan ən böyük karuseldən də istifadə edə biləcəyik.
ANN.Az