Bulvarda ən hündür yolka harada olacaq? – VIDEO

14:52 | 10.12.2013
Bulvarda ən hündür yolka harada olacaq? – VIDEO

Bulvarda ən hündür yolka harada olacaq? – VIDEO

“Bəzi bakılılar Yeni ili göydə keçirə biləcəklər…”At ili bitməkdə olan ilan ilini təhvil almağa gəlir. Artıq yavaş-yavaş yeni ili qarşılamağa hazırlaşırıq. Hər il olduğu kimi bu il də paytaxtın bir çox yerlərində yeni il ağacları quraşdırılacaq. Onlardan elə təkcə 15-i milli parkın ərazisində bəzədiləcək.ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, ən hündür yolkamızın quraşdırılacağı yer isə bu il dəyişdirilib.Bundan başqa yeni il ərəfəsində Milli parkda yeni “şeytan çarxı” fırlanmağa başlayacaq.Dünyanın ən böyük atraksiyon layihələrindən biri olan “şeytan çarxı” dekabrın 25-də istifadəyə veriləcək. Atraksiyonda işlər demək olar ki, yekunlaşıb hazırda isə təhlükəsizliyin təmin olunması üçün texniki işlər görülür.Yeni ilə kimi “şeytan çarxı” ətrafı abadlaşdırılaraq yaşıllıqlarla örtüləcək və atraksiyon xüsusi işıqlandırma sistemi ilə işıqlandırılacaq.Ən böyük yolka yeni atraksiyonun yanında quraşdırılacaq.Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, “Bakının gözləri” adlanan müşahidə çarxında həmçinin Yeni il özəl servis düşünülür ki, bəzi bakılılar və şəhərin qonaqları il dəyişən dəqiqələri göydə keçirə biləcəklər…ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür