Bulvarda fəaliyyətə başlayan “Dəniz Mall”u kim tikdirib? – VİDEO

14:05 | 02.06.2020
Bulvarda fəaliyyətə başlayan “Dəniz Mall”u kim tikdirib? – VİDEO

Bulvarda fəaliyyətə başlayan “Dəniz Mall”u kim tikdirib? – VİDEO

Dünən Bakıda Dənizkənarı Bulvarın ərazisində "Dəniz Mall” adlı yeni ticarət və əyləncə mərkəzi fəaliyyətə başlayıb.

Yeniavaz.com xəbər verir ki, 120 000 kv. metr sahəsi olan 5 mərtəbəli mərkəz Bakının ən böyük ticarət və əyləncə mərkəzi hesab olunur.

Məlumat üçün bildirək ki, ticarət mərkəzi 2007-ci ildə "Paşa İnşaat” şirkətinin sifarişi əsasında "Chapman Taylor” şirkəti tərəfindən dizayn olunub. Mərkəz dizayn olunarkən Azərbaycan gerbinin səkkizgüşəli ulduzu və Dənizkənarı Bulvarın simvolu hesab olunan "Mirvari” kafesinin görüntüləri əsas alınıb.

"Chapman Taylor” şirkəti tərəfindən açıqlanan məlumatda qeyd olunur ki, "Dəniz Mall”un daxili dizaynı sonradan dəyişdirilib. Daha əvvəl bu tikilinin ticarət mərkəzi olarak fəaliyyət göstərməsi nəzərdə tutulmayıb. Bina konqres mərkəzi olarak dizayn olunub. Lakin, binanın tikintisi gecikdirilib və 2016-cı ildə daxili dizaynı dəyişdirilərək ticarət və əyləncə mərkəzinə çevrilib.

Məlumat üçün onu da bildirək ki, "Dəniz Mall” "Chapman Taylor”un Bakıda dizayn etdiyi yeganə tikili deyil. "Chapman Taylor” daha əvvəl də "Paşa İnşaat” şirkətinin sifarişi əsasında Bakıda "Port Baku Tover” adlı iş mərkəzi və "Gənclik Mall” adlı ticarət və əyləncə mərkəzini layihələndirib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb