Bulvarda yeni atraksionlar - Video

20:59 | 05.03.2015
Bulvarda yeni atraksionlar - Video

Bulvarda yeni atraksionlar - Video

Milli Park ərazisində iki yeni atraksion istifadəyə verilib.

ANS TV-nin məlumatına görə, paytaxt sakinlərinin istirahət, əyləncə üçün ən çox üz tutduğu məkan Dənizkənarı Bulvar ərazisidir. Elə buna görə idarə hər il bulvar ərazisində yeni işlər görür, ərazinin daş və ot örtüyü zamanla yenilənir. Yenilənən və çətinliklə ərsəyə gətirilən ot sahələrinə heyvanlar buraxılmasalar da, insanlar üçün bu elə də problem deyil. Yəni böyüklər eləcə də uşaqlar rahat şəkildə həmin sahələrdə oynaya, otura bilərlər. Yeganə qadağa odur ki, ot sahəsinin üzərində yemək- içmək təşkil olunmasın.

Mili Park ərazisində təşkil olunan isə bu iki yeni atraksiondur. Təmir işləri yenicə başa çatıb istifadəyə verilən bu atraksionlar bura gələnlərin diqqətini çəkməyə bilməz. Çünki onların hər birinin özəlliyi var. Məsələn "Kosmos” adlanan atraksionun hissələri İtaliyadan gətirilib və xarici mütəxəssislər tərəfindən işə salınıb. Attraksion tam təhlükəsizdir və qoruyucu kəmərlərlə təchiz olunub. Yeni atraksion əsl adrenalin yaşamaq istəyənlər üçün nəzərdə tutulub.

Bulvar ərazisində yeni quraşdırlan bu atraksion ona minən sərnişinləri 360 dərəcə bucaq altında fırladır. "Kosmos” adlanan atraksion xüsusilə gələcəkdə kosmonavat olmağı arzulayanlar üçün əla seçimdir.

Atraksionu işə salanlar deyir ki, onun platforması üzərində olan insanlar kosmosda keçirilən hissləri yaşayırlar. Məhz buna görə də Bulvar İdarəsi həmin atraksionu bu cür adlandırıb. Digər bir əyləncə qurğusu isə uçan boşqabı xatırlatdığından elə "Uçan boşqab” adlandırılıb. Atraksion havaya qalxan kimi müxtəlif istiqamətlərdə hərəkət edir. Atraksionun kassa nəzarətçisi Məhəmməd Həbibbəyli deyir ki, indi səhər saatları və hava soyuq olduğundan insanlar gözə dəymir. Amma elə ki axşam düşdü bura yolu düşənlər də az olmur.

Məhəmməd Həbibbəyli tələbələrin əsasən axşam saatlarında atraksiona minmək üçün gəldiyini deyir. Bu atraksionlora yaşı 13-dən yuxarı şəxslər buraxılır. Atraksion avtomatik cihazla özü bağlanır tam təhlükəsizdir və heç bir ürək bulantısı vermir.

Hər iki atraksiondan istifadə haqqı 2 manatdır.

Hər iki atraksiondan istifadə haqqı 2 manatdır. Xəstə, nasaz, bir sözlə ürəyi zəif olan insanların bu atraksionlara minməsi məsləhətli deyil. Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, bu hələ son deyil. Çünki bulvar ərazisində olan bütün köhnə atraksionlar yeniləri ilə əvəz olunacaq.

Xatırladım ki hazırda Milli Park ərazisində 26 atraksion var. Onların hər biri dünyanın ən inkişaf etmiş ölkələrində istehsal olunan əyləncə vasitələridir.

ANN.Az
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM