Bundan sonra Azercell abunəçiləri reklam/məlumat SMS-lərini daha rahat idarə edə biləcəklər

12:47 | 24.12.2015
Bundan sonra Azercell abunəçiləri reklam/məlumat SMS-lərini daha rahat idarə edə biləcəklər

Bundan sonra Azercell abunəçiləri reklam/məlumat SMS-lərini daha rahat idarə edə biləcəklər

Fəaliyyətə başlayandan bazarda lider mövqeyini saxlayan "Azercell Telekom” MMC Azərbaycana bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə Azərbaycana gətirməklə, ölkədə telekommunikasiya texnologiyalarının inkişafına sərmayə yatırmaqda, yeni xidmətlər təqdim etməkdə davam edir, həmçinin də öz şəbəkəsini və xidmətlərini daha da təkmilləşdirir. 

Azərbaycan Respublikasının mobil rabitə operatorları arasında ən çox abunəçinin seçimi olan olan Azercell müştərilərinə reklamməlumat xarakterli SMS-lərdən istifadə və ya imtina imkanlarının olmasını bir daha xatırladır və onlara istədikləri SMS-ləri məzmun, xidmət növü və digər kriterilərə dair seçmək imkanı verir.

Məlum olduğu kimi abunəçilərə müştərisi olduğu mağazalar şəbəkəsi, bank və ya digər müəssislərdən onların xidmətləri haqqında SMS-lər göndərilməsi halları mümkündür. Abunəçilərə adətən müvafiq məzmunlu SMS almaq istəmədiyi halda müştərisi olduğu mağazalar şəbəkəsinə və ya banklara müraciət etmək tövsiyə edilir. Bundan başqa, abunəçilər müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən reklamməlumat xarakterli SMS-lərindən imtina etmək üçün "STOP” sözünü 5010 qısa nömrəsinə göndərməklə (SMS-lər ödənişsizdir) müxtəlif məzmun təminatçısı olan təşkilatların göndərdikləri reklam/məlumat xarakterli SMS-lərin alınmasından imtina edilə bilər. Bir çox hallarda isə abunəçilər belə SMS-ləri almaqda maraqlı olur. Çünki məhz belə SMS-lər vasitəsi ilə, hansısa kampaniyaların keçirilməsi, endirimlərin olması, müəyyən sahəyə aid əlverişli xidmətlər haqqında xəbər əldə etmək olur. Çox zaman müştərilər belə SMS-lər sayəsində maraqlı təkliflərdən xəbərdar olurlar. Bu baxımdan "Azercell Telekom” MMC öz abunəçiləri üçün müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən SMS-ləri süzgəcdən keçirmək, məhz arzu etdiyi SMS-lərin qəbul edilməsinə imkan yaradır. İndi abunəçilər yalnız onları maraqladıran brendlərdən ibarət olan siyahı hazırlaya bilərlər. Bunun üçün hər bir abunəçi maraqlandığı brendin adını 5010 qısa nömrəsinə (SMS-lər ödənişsizdir) göndərməlidir. Siyahının ləğv edilib bütün reklamməlumat xarakterli SMS-lərin qəbulunu yenidən bərpa etmək üçün abunəçi "START” sözünü 5010 qısa nömrəsinə (SMS-lər ödənişsizdir) yazıb göndərə bilər. Əlavə məlumat üçün bildiririk ki, abunəçilər "Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi - SimSim abunəçiləri (012) 49049492002, Fakturalı xətt abunəçiləri (012) 49052526565, E- poçt: [email protected]; [email protected], o cümlədən online müştəri xidmətlərişəxsi kabinetim) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM