Bundesliqa növbəti dəfə təxirə salındı

19:00 | 31.03.2020
Bundesliqa növbəti dəfə təxirə salındı

Bundesliqa növbəti dəfə təxirə salındı

Koronavirus pandemiyasına görə dayandırılan Almaniya Bundesliqası aprelin 2-də bərpa olunmayacaq.


"Report" xəbər verir ki, bu barədə liqanın icraçı-direktoru Kristian Zayfert yerli mətbuata açıqlamasında bildirib.


Onun sözlərinə görə, çempionat aprelin 30-dək təxirə salınıb. Klublara aprelin 5-nə kimi məşq etməyə icazə verilməyəcəyini deyən Bundesliqa rəsmisi cari mövsümün ləğv olunma variantını da istisna etməyib.


Qeyd edək ki, Bundesliqa martın 13-də dayandırılmış, oyunlar aprelin 2-dək təxirə salınmışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb