Almaniya parlamenti Yunanıstana 86 milyard avro borc ayrılmasına dair danışıqlara izn verib-verməmək ətrafında səs verəcək.
Çünki, Almaniya, avrozonanın kredit anlaşmasının həyata keçirilməsinə "yaşıl işıq" verməli olan bir neçə ölkəsindən biridir.
Anlaşmaya müsbət cavab veriləcəyi proqnozlaşdırılır, hərçənd ki, bir neçə mühafizəkar deputat Yunanıstana maliyyə yardımını düzgün hesab etmir.
Səsvermə, bazar ertəsi təxminən üç həftədir ki bağlı olan yunan banklarının fəaliyyətini bərpa edəcəyi barədə məlumatlardan sonra gəlir. Lakin Yunanıstanda bankdan gündəlik yalnız 60 avro çıxarılması qaydası tədricən ləğv ediləcək.
Bundan əvvəl, avrozona nazirləri bütün Avropanı əhatə edən maliyyə fondundan Yunanıstana 7 milyard avro kredit verməyə razılaşıb.
Bu, çərşənbə axşamı Yunanıstan parlamentinin kreditçilərin təkliflərini qəbul etmək barədə səsverməsindən sonra baş verib.
Bundestaq səsverməsi yerli vaxtla saat 10-da (Bakı vaxtilə 12:00) başlayacaq. Kansler Angela Merkel deputatları anlaşmanı dəstəkləməyə çağırıb.
Fransa və Finlandiya parlamentləri anlaşmanı artıq təsdiqləyib.
Maliyyə böhranı keçirən Yunanıstanın dövlət borcu 320 milyard avrodur. //bbc.com/azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !