Bunu edən erməni texnikası MƏHV EDİLƏCƏK - XƏBƏRDARLIQ

11:00 | 25.09.2018
Bunu edən erməni texnikası MƏHV EDİLƏCƏK - XƏBƏRDARLIQ

Bunu edən erməni texnikası MƏHV EDİLƏCƏK - XƏBƏRDARLIQ

Azərbaycan Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı bəyanat yayıb.

Publika.az-ın Nazirliyə istinadən verdiyi xəbərə görə bəyanatda bunlar yer alıb:

"Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur.

Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq və baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM