“Bura vəhşixana deyil” – Sahə müvəkkili

19:17 | 16.10.2014
“Bura vəhşixana deyil” – Sahə müvəkkili

“Bura vəhşixana deyil” – Sahə müvəkkili

Sumqayıtda iki qadın polisin bölmədə onları döydüyünü iddia edir. Bu barədə döyülən qadın, Sumqayıt şəhər sakini, 37 yaşlı Lada Penkova ANS PRESS-in “qaynar xətti”nə şikayətində deyib. Qadın şikayətində bildirib ki, dünən saat 17 radələrində Sumqayıtda parkda iki nəfər tüfənglə sahibsiz itləri vurub. Bu zaman 28 yaşlı Aytən İsmayılova ilə buna etiraz edib. Qadınlar it vuranlar tərəfindən təhqir olunduqları üçün polis bölməsinə gediblər.Lada Penkova bildirib ki, Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinə gediblər və şikayət ərizəsi yazmaq istəyiblər. Lakin orada sahə müvəkkili Fərəməz Bağırov tərəfindən təzyiqlərə məzuq qalıblar. “Əvvəlcə Aytən İsmayılovanı itələdilər. Sonra Fərəməz Bağırov mənim başımı divara çırpdı. Daha sonra Aytən İsmayılovanı yerə yıxdılar. Əllərini tutdular. Daha sonra bir neçə polis onu təpikləməyə başladı”, - deyə Lada Penkova bildirib.Fərəməz Bağırovun verdiyi məlumata görə isə qadının dedikləri hamısı yalandır. “Aytən İsmayılova dünən Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında durub işçiləri və polisləri təhqir edirdi. Onu tutub 4-cü bölməyə gətiriblər. Orada onun haqqında protokol tərtib edilib”, - deyə Fərəməz Bağırov bildirib.Sahə rəisinin sözlərinə görə, sonradan Lada Penkova gəlib. Qadın başlayıb hay-küy salmağa ki, bəs Aytən İsmayılovanı buraxsınlar. “Sonra Lada Penkova bizi şantaj etməyə başladı ki, onu döymüşük. Əslində Aytən İsmayılovanın psixi problemləri var. Evlərində 40-50 pişik saxlayır. Özü də qonşuları bezdirib. Valideynləri də onun əlindən zara gəliblər”, - deyə sahə rəisi vurğulayıb.Fərəməz Bağırov sonda onu əlavə edib ki, heç vaxt vəzifəsindən sui-istifadə etməyib. Həmişə qanun keşiyində şərəflə dayanıb: “Bura vəhşixana deyil. Vətəndaşların hüquqlarıı qoruyan bölmədir. Kim istəyir müraciət edir və şikayəti araşdırılır”, - deyə Fərəməz Bağırov vurğulayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM