"Qalatasaray"ın futbolçusu Burak Yılmaz İstanbul klubunun müqaviləni yeniləmək üçün göndərdiyi təklifi rədd edib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Cim-Bom" türk hücumçuya 2+1 şərti ilə sözləşmə göndərsə də, o, bunu müsbət cavablandırmayıb.
Burak bu təklifi qəbul etsəydi, 2016/2017 mövsümü üçün 2.1 milyon, 2017/2018 mövsümündə 1.9 milyon, 2018/2019 mövsümü isə 1.7 milyon avro qazanacaqdı.
"Qalatasaray"ın B.Yılmaza yeni təklif göndərəcəyi gözlənilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !