Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına daxil olan fənlərin proqramı 5-11-ci siniflərdə tədris olunan mövzuları əhatə edir. Bunu Dövlət İmtahan Mərkəzi son günlər 5 və 12 mart tarixlərində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarından sonra sosial şəbəkələr və ictimaiyyət arasında aparılan müzakirələrə cavab olaraq açıqlama yayıb.
DİM-dən bildirilib ki, bu il keçirilən imtahanlarda istifadə edilən tapşırıqlar da iştirakçıların cavablarının statistik təhlili əsasında bir daha araşdırılacaq və bu təhlil əsasında müvafiq məlumatlar ictimaiyyətə təqdim olunacaq.
Aparılan təhlillər nəticəsində testlərdə hər hansı uyğunsuzluq aşkar olunarsa, imtahan iştirakçılarının xeyrinə qərar qəbul olunacaq. Yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsi məqsədilə seçilmiş yazı işləri nümunəsi əsasında meyarlar dəqiqləşdirilərək ehtiyac yarandığı təqdirdə onlarda müvafiq düzəlişlər ediləcək. Nəticələr elan olunduqdan sonra iştirakçıların müraciətlərinə baxılması üçün apellyasiya komissiyası da yaradılır.
Martın 17-si DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, onun statistikası və buraxılış imtahanlarının gedişatına həsr olunmuş mətbuat konfransı keçirəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !