Burun əməliyyatından sonra komaya düşən qadınla bağlı araşdırma başlayıb

17:16 | 11.01.2025
Burun əməliyyatından sonra komaya düşən qadınla bağlı araşdırma başlayıb

Burun əməliyyatından sonra komaya düşən qadınla bağlı araşdırma başlayıb

Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi ilə bağlı araşdırma başlayıb.

"Report"un məlumatına görə, fakt Nəsimi Rayon Prokurorluğunda araşdırlır.

Nəzrin Mansurovanın müalicə aldığı xəstəxanadan bildirilib ki, hazırda xəstənin vəziyyəti ilə bağlı heç bir dəyişiklik yoxdur:
"Xəstə Nəzrin Mansurova yanvarın 5-də də "Liv Bona Dea” hospitalın reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Hazırda vəziyyəti ağır olaraq davam edir. Xəstə süni-tənəffüs aparatına qoşulub, intensiv müaicə və müşahidə davam etdirilir".

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində baş vermiş faktın araşdırılması ilə bağlı yoxlama başlanılıb.

Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün "Mərcan" klinikasında əməliyyata girən N.Mansurova sonradan komaya düşüb, daha sonra "Liv Bona Dea Hospital"a yerləşdirilib. İddia olunur ki, onun beyninə çirk yayılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM