Corc Buşun qardaşı 2016-cı il prezident seçkilərində namizəd ola bilər.ANS PRESS-in xəbərinə görə, ABŞ-ın sabiq prezidenti kiçik Corc Buşun qardaşı olan ABŞ-lı siyasətçi Ceb Buşun 2016-cı ildə reallaşdırılacaq prezident seçkilərində namizəd ola biləcəyi bildirilib.Ceb Buş isə mövzu ilə əlaqədar verdiyi açıqlamada namizədlik barədə son qərarını 2014-cü ilin sonuna qədər verəcəyini söyləyib.ABŞ Respublikaçılar Partiya daxilində böyük bir nüfuza sahib olan 61 yaşlı Ceb Buş, xüsusilə miqrantlar mövzusunda Respublikaçıların əksəriyyətindən fərqli düşüncələri ilə tanınır. Ceb Buşun fikrincə, ABŞ-a köç edənlər öz ölkələrində ailələrinə baxa bilmədikləri və ümidsizliyə qapıldıqları üçün qanuni və ya qeyri-qanuni yollardan ABŞ-a daxil olurlar.Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti oğul Corc Buş "möcüzəvi bir namizəd" olaraq xarakterizə etdiyi qardaşını 2016-cı ildə keçiriləcək prezident seçkilərində namizəd olmağa çağırıb. Oğul Corc Buşun anası və ata Corc Buşun həyat yoldaşı olan Barbara Buş isə verdiyi açıqlamada, Buş ailəsindən kifayət qədər dövlət başçısının ABŞ-a xidmət etdiyini söyləyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !