Bütün dünyanı heyrətə gətirən hücumun görüntüləri - VİDEO

15:46 | 30.09.2019
Bütün dünyanı heyrətə gətirən hücumun  görüntüləri - VİDEO

Bütün dünyanı heyrətə gətirən hücumun görüntüləri - VİDEO

Səudiyyə Ərəbistanının neft sənayesi müəssisələrinə həyata keçirilmiş hücumlarla bağlı yeni görüntülər yayılıb. 

BAKU.WS xəbər verir ki, görüntülərdə "Saudi Aramco”ya məxsus zavodlara dronların dəqiq zərbələr endirməsi öz əkisni tapıb. 

Zavodun ərazisində quraşdırılmış müşahidə kameralarından görünür ki, Husilərin təşkil etdiyi hücumdan sonra zavodda irimiqyaslı yanğınlar baş verib.

Xatırladaq ki, sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanındakı iki neft müəssisəsinə dron hücumları nəticəsində yanğınlar baş verib. Bundan sonra dünyanın ən iri neft istehsalçısı və ixracatçısı olan bu ölkənin hökuməti 9,8 milyon barellik gündəlik neft hasilatını 5,7 milyon barel azaltdıqlarını açıqlamışdı.
 
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə müharibə apardığı Husilər hücumların onlar tərəfindən törədildiyini bəyan etmişdi.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM