"Rusiya DİN ”Zareçnı” bələdiyyələrarası şöbəsinin YPX müfəttişi, polis kiçik leytenantı Baxış Kərimov xidmətdən qayıdarkən Kamenski rayonunun Pervomayski qəsəbəsində yanan ev görür. Polis dərhal yanğınsöndürənləri çağırır və düşünmədən insanları xilas etməyə tələsir”, - Volk deyib.
Polis əməkdaşı pəncərələrin şüşələrini sındırır, yatmış ev sahiblərini – qadını və kişini oyadır, sonradan öyrənir ki, evdə dörd uşaq var. Kərimov balacaları tapır, onları küçəyə çıxarır və sonra yenidən evdə qalanları xilas etmək üçün qayıdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !