"Bütün strateji obyektlər Rusiyaya məxsusdur" - Erməni deputat

18:59 | 02.07.2015

"Bütün strateji obyektlər Rusiyaya məxsusdur" - Erməni deputat

Ölkə rəhbərliyinin səriştəsizliyi üzündən ölkənin bütün strateji obyektləri Rusiya tərəfinin əlindədir, bu kredit isə daha bir alçaldıcı sazişin nəticəsidir.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə parlamentdə Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryanla debatlar zamanı "İrs” partiyasının deputatı Zauri Postancyan bildirib.

Qeyd edək ki, hazırda ölkə parlamentində Ermənistan Silahlı Qüvvələrinin ən müasir silahlarla təmin olunması üçün 200 milyon dollar güzəştli kreditin ayrılması haqqında Rusiya və Ermənistan hökumətləri arasında imzalanmış sazişin ratifikasiya məsələsi müzakirə olunur.

Deputatın sözlərinə görə, digər tərəfdən Rusiya Azərbaycana silah satır: "Siz isə susursunuz. Biz bu silahı kreditlə almağa məcbur oluruq ki, bu da ölkənin xarici borcunu artırır”.

Nazaryan isə deputata cavab olaraq bildirib: "Siz Müdafiə Nazirliyinin daşıdığı məsuliyyəti daşımırsınız. Ona görə də bu cür danışırsınız”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM