Buxarest doqquzluğu ölkələrinin prezidentləri Bratislavada görüşəcək

Buxarest doqquzluğu" ölkələrinin (Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya, Estoniya) prezidentləri Bratislavada görüşəcək.
Onun sözlərinə görə, iyulda Vilnüsdə keçiriləcək NATO sammiti öncəsi mövqelərini əlaqələndirmək üçün iyunun 6-da "Buxarest doqquzluğu" ölkələrinin liderləri Bratislavada bir araya gələcək.
"Bu, qrupun sayca səkkizinci görüşü olacaq. Onlar Şimali Atlantika Alyansının sammitinə qədər öz mövqelərini əlaqələndirəcəklər", - Strijinets bildirib.
Prezidentlərin görüşündə NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edəcək. İclas Bratislava qalasında baş tutacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər