• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Buxarestdə AZAL-ın ilk reysinin təntənəli qarşılanma mərasimi keçirilib

Buxarestdə AZAL-ın ilk reysinin təntənəli qarşılanma mərasimi keçirilib
03.06.2024 18:17
Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyunun 3-də Bakı-Buxarest-Bakı marşrutu üzrə ilk reysini uğurla həyata keçirib.

AZAL-dan verilən məlumata görə, "Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsi ənənəvi olaraq su tağı ilə qarşılanıb.
Buxarestdə aviaşirkətin ilk reysinin yerinə yetirilməsi münasibətilə təntənəli mərasim keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Qüdsi Osmanov, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare, Rumıniyanın İqtisadiyyat, Sahibkarlıq və Turizm naziri Ştefan-Radu Oprea, Rumıniyanın İqtisadiyyat, Sahibkarlıq və Turizm Nazirliyinin Turizm Baş İdarəsinin baş direktoru İoana Podosu, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Cavanşir Bayramov, "Azərbaycan Hava Yolları” aviaşirkətinin Satış və əməkdaşlıq idarəsinin rəisi Çingiz Mürsəlov, aviaşirkətin Satış və əməkdaşlıq idarəsinin Avropa regionu üzrə nümayəndəsi Kamran Qacar, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

İştirakçılar öz çıxışlarında Azərbaycan və Rumıniya arasında əlaqələrin möhkəmləndirilməsi, həmçinin qarşılıqlı turizm mübadiləsinin stimullaşdırılması üçün Bakı-Buxarest-Bakı marşrutu üzrə birbaşa aviareyslərin açılmasının vacibliyini vurğulayıblar. Azərbaycanın turizm ölkəsi kimi tanıdılması istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirildiyi, dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət ayrıldığı bildirilib.

Birbaşa uçuşların açılması Azərbaycanı rumıniyalı turistlər üçün daha əlçatan edəcək və iki ölkə arasında turist axınına müsbət təsir göstərəcək. Turizm əlaqələrinin inkişafı iki ölkənin xalqları arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəkdir.
 
Bakı-Buxarest-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək.
 
Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün aviaşirkətin rəsmi www.azal.az saytına keçid ala və ya mobil tətbiqinə daxil ola bilərsiniz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol