Ölən qadının buz dolabından görün nə çıxdı - FOTO

16:10 | 07.11.2019
Ölən qadının buz dolabından görün nə çıxdı - FOTO

Ölən qadının buz dolabından görün nə çıxdı - FOTO

İngiltərənin Uiltşir qraflığında dünyasını dəyişən yaşlı qadının evindən XVI əsrə aid edilən qızıl əşyaları tapılıb.
 
Bu barədə "Daily Mail” nəşriyyatı xəbər verib.
 
Ölən qadının nəvələri onun çoxlu daş-qaşının olmasını ehtimal ediblər. Bunun üçün auksionçu Pippa Kidson-Triqqi mənzilə dəvət ediblər.
 
P. Kidson-Triqqin sözlərinə görə, onlar hər tərəfi axtarıblar. Qızılları dondurucuda tapıblar.
 
Antikvar zinət əşyaları dondurulmuş ətin yanında olub. Daş-qaşların arasında 30 min funt sterlinq dəyərində boyunbağı,  XVII əsrə aid edilən, 15 min funt sterlinq dəyərində qiymətləndirilən sapfirli İtaliya boyunbağısına təsadüf edilib.
 
Auksionçu komandası ilə birlikdə evdən 30-a yaxın qiymətli zinət əşyası toplaya bilib.
 
Tapılmış bütün bəzək əşyaları noyabrın 13-də İngiltərənin Uiltşir qraflığında yerləşən  Suindon şəhərində hərraca çıxarılacaq.
 
Tərcümə: Cavid Zahidoğlu

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb