Buzlaqlar altdan-altdan əriyir - TƏHLÜKƏ!

15:48 | 14.11.2014
Buzlaqlar altdan-altdan əriyir - TƏHLÜKƏ!

Buzlaqlar altdan-altdan əriyir - TƏHLÜKƏ!

Cənub Qütbündəki Antarktika qitəsindəki buzlaqların altdan-altdan əridiyi və bunun dünya sularına təsirinin olacağı ifadə edilib

ANN.Az xəbər verir ki, Cənub Qütbündə olan Antarktika qitəsindəki buzlaqlarla bağlı yeni tədqiqatlar aparılıb və inanılmaz nəticələr əldə olunub. Araşdırmalara görə, buzlaqlar altdan-altdan əriyir və əriyən su altı axıntıların təsiriylə okeana tökülür. Bu isə dünya sularının səviyyəsinə təsir göstərir.Tədqiqata rəhbərliyi elm adamları Andrew Thompson və Karen Heywood edib. Onların əldə etdikləri nəticələr çox maraqlıdır. Tədqiqat qrupunun araşdırmalarına görə, buzlaqların ərimələrinin bəzi hissələrini hətta gözlə görmək mümkündür. Bəzi buzlaqların döşəmələrində yumşalmalar başlayıb. İstiliyin aşağıdan yuxarıya doğru istiqamətləndiyini nəzərə alan tədqiqat qrupu hesab edir ki, okean sularında da tempratur eyni qanuna tabedir. Yəni, istiliyin aşağıdan yuxarıya doğru axdığını deyən elm adamları buzlaqlardakı buzun ərimə dərəcəsini də hesablayıblar.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti